Bir neçə gün öncə «Turan Tovuz»un baş məşqçi postundan istefa verən Rövşən Babayev özünə yeni iş yeri tapıb.
I Divizion klubundan ayrılan mütəxəssis fəaliyyətini Region Liqasında davam etdirəcək.
O, yarımhəvəskar çempionatın Naxçıvan zonasında mübarizə aparan «Araz-Naxçıvan»dan dəvət alıb.
«Səbail-2»də cəmi ayyarım çalışan və Muxtar Respublika təmsilçisinə yollanan Azər Bağırov Rövşən Babayevi özünə köməkçi götürüb.
5000 manat üçün bölgədə işə başlayan Bağırovun yeni yardımçısının nə qədər əməkhaqqı alacağı da məlumdur – 2000 manat.
SPORTİNFO.AZ

