“İndiki zamanda belə insanların sayı çox azdır, onlara dəstək olmaq lazımdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”ın baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli çalışdırıcı ötən ilin yayında klubu yaradan iş adamı Pərviz Hüseynovun futbolla bağlı planları haqda danışıb.
Onun sözlərinə görə, Rusiyada biznesi olan lənkəranlı sahibkar “Xan Lənkəran”ı inkişaf etdirməkdə qərarlıdır:
“Mən klub prezidenti ilə tez-tez söhbət edirəm, mövcud vəziyyət və sabahkı işlər barədə danışıram.
Həqiqətən bəxtimiz gətirib ki, Pətviz bəy kimi rəhbərimiz var. futbolu yüksək səviyyədə bilir. Onunla bu mövzuda danışmaq rahatdır.
İş prosesinda hər xırdalığa fikir verir, maraqlanır. Pərviz bəylə çalışmaq mənə xoşdur. İndiyədək çox yerdə işləmişəm və rahatlıqla deyə bilərəm ki, hər klubun rəhbəri bu cür deyil.
Əmin olun ki, mən bu sözü həmişə və hər yerdə söyləyəcəm. Görürəm ki, o, “Xan Lənkəran”ın böyüməsini istəyir.
Bir müddət sonra bu klubu Premyer Liqada izləyə bilərsiz. Düşünürəm ki, onun buna gücü çatar.Hər halda işə çox ciddi başlayıb.
Hədəfləri böyükdür. Hazırda Region Liqasında mübarizə aparsaq da, kluba göstərilən münasibət peşəkar səviyyədədir”.

