Biri hakimlərə hədə-qorxu gəldi, biri təhqir etdi - Region Liqasında özbaşınalıq

13 Mart 2022 22:40 Region Liqası 1 159
Biri hakimlərə hədə-qorxu gəldi, biri təhqir etdi - Region Liqasında özbaşınalıq

AFFA İntizam Komitəsi Region Liqasının son oyunlarında qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, komitə bir sıra sərt cəzalar tətbiq edib.

“Füzuli” ilə ev oyununda hakimlər briqadasını təhqir edən “İmişli”nin baş məşqçisi Süleyman İsayev 5 oyunluq cəzalandırılıb.

“Batabat”la görüşdən sonra hakimlərə hədə-qorxu gələn “Əlincə”nin futbolçusu Mehman Quluyevə də eyni cəza kəsilib.

Saatlı “Araz”ı isə səfər qarşılaşmasında hakimlər briqadasını təhqir edən “Mil”in oyunçusu Cahangir Qurbanzadə qarşıdakı 4 matçı buraxmalı olacaq.

“Şahdağ” (Quba) – “Cəbrayıl” oyununda isə birincilər matçı keçirmək üçün lazımi tədbirləri həyata keçirmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti