“Mən "Xan Lənkəran”a 1-2 günlük gəlməmişəm, məqsədlər böyükdür”

8 Mart 2022 20:20 Region Liqası 2 656
“Mən "Xan Lənkəran”a 1-2 günlük gəlməmişəm, məqsədlər böyükdür”

“Mən görürəm ki, bu klubu yaradan şəxslərin yaxın gələcəklə bağlı planları çox böyükdür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xan Lənkəran”ın çalışdırıcısı İbrahim Uzunca söyləyib.

Ötən ilin yayında yaradılan və debütünü Region Liqasında edən cənub təmsilçisi qrup mərhələsini birinci pillədə başa vurub.

Pley-offa vəsiqə qazanan “ağ-yaşıllar” yarışmanı çempion kimi tamamlamağa iddialıdır. Lənkəran klubunda ikinci ayını keçirən türkiyəli mütəxəssisi dinləyək:

“Mən bura vaxt keçirməmək üçün gəlməmişəm. 2008-ci ildən Azərbaycanda çalışıram. Bu ölkə mənim ikinci vətənimdir.

Xeyli müddət “Bakı”da işləmişəm, futbola xeyli sayda istedad qazandırmışam. Bizim yetişdirdiyimiz yeniyetmə və gənclərin bir çoxu bu gün millinin və Premyer Liqa klublarının formasını geyinir.

Yəni ki, Azərbaycan futbolunu yaxşı tanıyıram, təcrübəm kifayət qədərdir. Qazandığım təcrübə ilə “Xan Lənkəran”ın inkişafına təkan vemək istəyirəm.

Mən bu kluba 1-2 günlük gəlməmişəm. Məqsədlər böyükdür. Klub rəhbərliyi ilə tez-tez bu barədə söhbətlər edirik və görürəm ki, onlar Lənkəran futbolunu hansı səviyyəyə qaldırmaq niyyətindədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti