"Yaxın müddətdə yeni planların xoş sədası eşidiləcək" - Region klubundan İDDİALI AÇIQLAMA

8 Mart 2022 21:00 Region Liqası 2 679
"Yaxın müddətdə yeni planların xoş sədası eşidiləcək" - Region klubundan İDDİALI AÇIQLAMA

"Araz Naxçıvan"ın yeni çalışdırıcısı Azər Bağırov Sportinfo.az-a açıqlama verib.

Gənc mütəxəsisi yeni təyinatı və onu Naxçıvana aparan səbəblərdən danışıb:

"Təyinat çox qısa vaxtda gerçəkşləşdi. Naxçıvan Futbol Federasiyasından rəhbər dəyişikliyi olub. Federasiya səviyyəsində və "Araz Naxçıvan" futbol klubunda geniş işlər görülməkdədir.

Mənə də çox maraqlı təkliflə müraciət olundu. Əlbəttə, "Səbail"klubunun rəhbərliyinin razılığı ilə ayrılıq reallaşdı.

Anlayış göstərdikləri üçün onlara da təşəkkür edirəm. İnşallah, yeni işim mənə və Naxçıvan futboluna faydalı olmuş olar".

Bağırov region klubundakı hədəflərindən də söz açıb: "Qarşıda Regional Liqa var. Ora üçün komandaya futbolçuları cəlb etmək, oyunlara hazır formada çıxmaqdır. Ə

sas hədəflərdən biri isə Birinci Divizon üçün cavan və təcrübəli futbolçulardan ibarət yaxşı komanda formalaşdırmaqdır.

Naxçıvanda ən xoşuma gələn məqam yerli futbolçuların döyüşkənliyidir. Fikirləşirəm ki, hər məşqçi üçün idmançının döyüşkən ruhda olması üstünlükdür. Sadəcə onu bir qədər düzəldib lazım olan keyfiyyəti də qatmaq mütləqdir.

İnşallah, burada çox şeylərə nail olacağımıza inanıram. Ən önəmlisi klubun strategiyasının olmasıdır. Minimum 3 illik və davamı olan uzun müddətə söykənən plan var. Yaxın müddətdə bu planların xoş sədaları eşidiləcək".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti