Hansı məşqçilər region klubunu çalışdırmaqdan imtina edib?

8 Mart 2022 11:00 Region Liqası 1 125
Hansı məşqçilər region klubunu çalışdırmaqdan imtina edib?

Naxçıvan yenidən böyük futbol səhnəsinə dönür.

"Araz-Naxçıvan" növbəti mövsüm I Divizion iştirakçıları arasında yer alacaq.

Bununla bağlı AFFA ilə Naxçıvan Futbol Federasiyası arasında razılıq əldə olunub.

Muxtar Respublika təmsilçisi artıq təşkilati işləri tamamlamağa çalışır. İndidən komandaya təyin olunacaq yeni baş məşqçinin adı da məlumdur.

Belə ki, klub Azər Bağırovla razılaşıb. Yeni çalışdırıcı artıq Naxçıvan gəlib və kollektivə təqdim olunub. Yaxın günlərdə onunla rəsmi olaraq müqavilə imzalanacaq.

Azər Bağırov son olaraq Birinci Divizion təmsilçisi "Səbail-2"də çalışıb. Bir ay öncə Bayıl təmsilçisi ilə anlaşmış çalışıdırıcı "Araz-Naxçıvan"dan təklif alınıca, buradakı bütün işlərini yarımçıq buraxıb və qarşı tərəfin bütün şərtlərini qəbul edib.

Bölgə klubu ondan əvvəl sabiq "Ağsu"lu Rüfət Quliyevə və digərlərinə dəvət göndərib.

Lakin onların heç biri danışıqlar prosesindən istədiyini ala bilməyib və "Araz-Naxçıvan" rəsmiləri sonda Bağırovun üzərində dayanıb. Onunla gələn ilin yayınadək nəzərdə tutulan anlaşma imzalanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti