Mənsimov qapıları bağladı, “Xan Lənkəran”ı bu məkana buraxmadı

4 Mart 2022 17:40 Region Liqası 2 354
Mənsimov qapıları bağladı, “Xan Lənkəran”ı bu məkana buraxmadı

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov “Xan Lənkəran”a növbəti dəfə problem yaradıb.

Onun göstərişi ilə Mərkəzi Stadionun ərazisində yerləşən otelin 4-cü mərtəbəsi komanda üzvlərinin üzünə bağlanıb.

Fəaliyyətini dayandırmış klubun rəhbəri buranı özünün şəxsi istirahət guşəsinə çevirib.

Mais Mənsimov yaxın vaxtlarda "Xəzər Lənkəran"ın dönüşünə inanmır, çünki bunun üçün real maliyyə dəstəyi yoxdur.

Mübariz Mənsimovun qardaşı vaxtilə klubun yaşaması naminə xeyli vəsait xərcləyib və yenidən həmin problemlə üzləşmək istəmir.

Daha əvvəl məlumat yayılmışdı ki, Mais Mənsimov onun adında olan klubun möhür və ştampını “Xan Lənkəran”a verməkdən imtina edib.

Ümumiyyətlə, o, iki klubun burləşməsi yönündə aparılan danışıqları dəstəkləməyib.

"Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov fevralın 10-da Türkiyədə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla görüşüb.

Burada "Xəzər Lənkəran Mərkəzi Stadionu" və stadionun bazası haqqında razılıq əldə edilib. Anlaşmaya əsasən, "Xan Lənkəran" öz ev oyunlarını "Xəzər Lənkəran"a məxsus stadionda keçirəcək.

Verilən rəsmi informasiyada həmçinin Mübariz Mənsimovun "Xəzər Lənkəran" adını "Xan Lənkəran"ın prezidentinin ixtiyarına verməsi də qeyd olunub.

Fəqət, Mais Mənsimov "Xan Lənkəran" rəsmiləri ilə görüşdən əvvəlcə imtina etmişdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti