“Xan Lənkəran” “Xəzər Lənkəran”ın daha bir neçə problemini həll etdi

25 Fevral 2022 13:00 Region Liqası 1 828
“Xan Lənkəran” “Xəzər Lənkəran”ın daha bir neçə problemini həll etdi

“Xəzər Lənkəran”ın illərdir yığılıb qalan kommunal borcları ödənilib.

Bütün xərclər “Xan Lənkəran” tərəfindən qarşılanıb.

Yeni yaranan və Region Liqasında mübarizə aparan klub Mərkəzi Stadionun işıq, qaz və su üçün müvafiq sahə qurumlarına olan bir neçə min manat borcunu sıfırlayıb.

Növbəti mövsümdən I Divizionda mübarizə aparmaq iddiasında olan “Xan Lənkəran” arenanın təmirinə vəsait ayırıb, burada və bazada çalışan əməkdaşlara əməkhaqqı verməyi də özərinə götürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti