Region Liqasında qrup mərhələsinə yekun vurulmaq üzrədir.
Sportinfo.az xəbər verir ki, cənub zonasında mübarizə aparan "Xan Lənkəran" VIII turda "Ərkivan"ın qonağı olub.
Masallı Mərkəzi Stadionunda keçirilən görüş ev sahiblərinin biabırçı məğlubiyyəti ilə başa çatıb. "Xan Lənkəran" qonşu rayon təmsilçisinin qapısından 16 cavabsız top keçirib.
Lənkəranlıların ilk dövrədəki matçda "Ərkivan"ı 9:2 hesabıyla üstələməsini xatırladaq.

