«Cəbrayıl»ın prezidenti və baş məşqçisi Cavid Hüseynov AFFA rəhbərliyi ilə görüşüb.
Burada klubun perspektivi ilə bağlı müzakirələr aparılıb.
Region Liqasında debüt edən komandanın növbəti mövsümdən I Divizionda iştirakı gözlənilir. Federasiya mənsubları bununla əlaqədar fikirlərini bildiriblər.
Qeyd edilib ki, «Cəbrayıl» təmsil etdiyi rayonun İcra Hakimiyyəti tərəfindən dəstəklənir. Üstəlik, yerli iş adamlarından kluba maliyyə yardımı eləmək istəyənlər var.
AFFA bütün bunları nəzərə alaraq, «Cəbrayıl»a dəstəyini artıracağına vəd verib.
O da qərara alınıb ki, tərəflər arasında görüşmələr mütəmadi hal alsın və atılacaq növbəti addımlar ümumi məsləhətləşmə ilə müəyyənləşdirilsin.
SPORTİNFO.AZ

