"Xan Lənkəran"ın "Xəzər Lənkəran" olaraq yola davam edəcəyi haqda xəbər hələ də gündəmdədir
Bunun əsası fevralın 10-da qoyuldu.
Belə ki, "Xan Lənkəran"nın prezidenti Pərviz Hüseynov ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov arasında görüş keçirilib.
Görüşdə "Xəzər Lənkəran" Mərkəzi Stadionu və arenanın bazası haqda razılıq əldə edilib. Anlaşmaya əsasən, "Fırtınalar meydanı" yenidən Region Liqası iştirakçısının istifadəsinə keçib.
O cümlədən, Mübariz Mənsimov "Xəzər Lənkəran" adını "Xan Lənkəran"nın prezidentinin ixtiyarına verib.
Sportinfo.az xəbər verir ki, Pərviz Hüseynov şəxsi "instaqram" səhifəsində canlı yayın açaraq, bəzi məsələlərə aydınlıq gətirib:
"İstəyirik ki, "Xan Lənkəran" və "Xəzər Lənkəran" adlı iki fərqli klub olsun. Hər birinin fərqli loqoları olacaq. İşlər də bunun üzərində düşünülür.
Hələ dəqiq məlumat yoxdur. AFFA ilə görüşlər olacaq. Ondan sonra bu barədə dəqiq məlumat verə biləcəm.
"Xəzər Lənkəran" Mərkəzi stadionunda yenidən təmir işlərinin başlamasını istəyirik. Ot örtüyü dəyişdirilsin.
Sadəcə, klubun prezidenti Mais Mənsimovla bəzi məsələləri həll etməliyik".

