Yeni yaranan bölgə klubu Diviziona hazırdırmı?

7 Fevral 2022 22:20 Region Liqası 873
Yeni yaranan bölgə klubu Diviziona hazırdırmı?

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında komanda sayının 10-a qaldırılacağı rəsmi olaraq açıqlanıb.

İndi həmin komandaların kimliyinin müəyyənləşdirilməsi əsas müzamirələrdən biridir.

Amma indi müzakirə olunan yalnız Premyer Liqaya gələcək iki klubun kimliyi deyil. Məlum məsələdir ki, həm klublar birinci diviziondan seçiləcək.

Belədə də birinci divizionda klub sayı azalmış olacaq. AFFA rəsmiləri o boşluğu da Region Liqasından cəlb olunacaq iki klubla aradan qaldırmağı planlaşdırır.

Namizədlər çox olsa da, ən real adlardan biri ötən yay yaradılan "Cəbrayıl" klubudur.

Daha çox adı çəkilən məhz bu komandadır. Bəs görəsən, klub rəhbərliyinə bu barədə hər hansı məlumat verilibmi?

Bölgə komandasının prezidenti Cavid Hüseynov sorğumuza cavab olaraq Sportinfo.az-a bunları dedi:

"Bu haqqda bizə konkret məlumat verilməyib. Hər hansı söhbət də olmayıb. Amma bizim fikrimiz, yanaşmamız gələcəkdə birinci divizionda və Premyer Liqada oynamaqdır.

Yəni bizim kluba yanaşmamız bu şəkildə peşəkardır. Bütün işlərimizdə də peşəkar fəaliyyət göstərməyə çalışırıq. Şükürlər olsun ki, yaxşı davam edirik. İnşallah, gələcəkdə istəyimizə də çatarıq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti