AFFA I Divizionda çıxış etmək istəyən region klublarını bu cür seçir – GİZLİ "RENTGEN"

6 Fevral 2022 20:40 Region Liqası 1 965
AFFA I Divizionda çıxış etmək istəyən region klublarını bu cür seçir – GİZLİ "RENTGEN"

Region Liqasının bəzi iştirakçıları I Divizionun sıralarına qoşulacaq.

Bu barədə açıqlamanı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib.

O, aşağı liqanın Region Liqası hesabına formalaşacağını da söyləyib:

"Region Liqasına maraq çox böyükdür. Komandaların yanaşması peşəkarlığa doğru gedir.

Ona görə də I Diviziona bu liqadan da komanda dəvət edəcəyik. Heç kimin xətrinə dəymək istəmirəm. Region Liqasının bəzi oyunlarında tamaşaçı sayı Premyer Liqa matçlarındakı fanatların sayından çoxdur".

AFFA-dan redaksiyamıza daxil olan məlumata görə, Region Liqasından I Diviziona gələcək komandaların siyahısı mayda müəyyənləşdiriləcək.

Seçim zamanı yalnız bölgə təmsilçilərinə veriləcək. Həmin klublarıın mövsümü necə keçirməsi nəzərə alınacaq, maliyyə dayaqları, rəhbərlikdə yer alan şəxslərin qeyri-leqal bukmeyker kontorları ilə əlaqələrinin olub-olmaması araşdırılacaq, həmçinin bank zəmanəti istəniləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti