Azərbaycanlı futbolçunun transfer qiyməti - 280 min dollar

6 Fevral 2022 11:40 Region Liqası 3 226
Azərbaycanlı futbolçunun transfer qiyməti - 280 min dollar

Yığmamızın və «Keşlə»nin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərli TFF I Liqasının bir neçə iddialı klubuna təklif olunub.

Türkiyəli menecerlər «Keçiörengücü»nün formasını geyinən yarımmüdafiəçinin Ankara təmsilçisindən ayrılmaq istəməsi barədə onları məlumatlandırıb.

Skautlar azərbaycanlı futbolçunun hansı məbləğə komandasını dəyişə biləcəyini də açıqlayııb. Bu rəqəm illik olaraq 280 min dollar təşkil edir.

Maraq üçün bildirək ki, Vüsal hazırkı klubunda bundan bir qədər aşağı məbləğ qazanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!