Region Liqasında biabırçılıq – Penalti vurulmadan oyun başa çatdı

6 Fevral 2022 00:30 Region Liqası 875
Region Liqasında biabırçılıq – Penalti vurulmadan oyun başa çatdı

Region Liqasında növbəti biabırçı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, “Karvan” – “Qoşqar UGİM” oyunu sona qədər oynanılmayıb.

Şimal-Qərb regionu üzrə X tur çərçivəsində Yevlaxda baş tutan görüşün sonlarında “Karvan” 2:1 hesabı ilə öndə olarkən qonaqlar fərqlənsə də, ofsayd qeydə alınıb.

Matça əlavə edilmiş dəqiqələrdə isə referi bu dəfə “Qoşqar UGİM”in qapısına penalti təyin edib. Buna etiraz əlaməti olaraq qonaq komandanın baş məşqçisi futbolçuları meydandan çıxarıb.

Yalnız bundan sonra baş hakim penalti yerinə yetirilmədən oyunu bitirməli olub. “Karvan” təyin olunan penaltini vurmasa da, 2:1 hesablı qələbə qazanıb (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti