.jpg)
“Xəzər Lənkəran” Mərkəzi Stadionunda təmir işlərinə başlanıb.
Yenidənqurma “Xan Lənkəran” tərəfindən aparılır.
Region Liqasında debüt edən klub arenada kosmetik təmir üçün öz büdcəsindən müəyyən vəsait ayırıb.
2016-cı ildə Premyer Liqadan çəkilən “Xəzər Lənkəran”ın eyniadlı stadionu illərdir baxımsız vəziyyətdə qalmışdı. Klubun prezidenti Mais
Mənsimov və onun qohumları buranın əmlakını dəyər-dəyməzinə satıb. Kompleksdə bir neçə dəfə oğurluq hadisəsi də baş verib.
Ötən ilin yayında “Xan Lənkəran”ı yaradan iş adamları stadionu icarəyə götürüb.
Onların məqsədi I Divizion və Premyer Liqada çıxış etməkdir. Debütant bu məqsədlə bazanın saxlanılmasına da vəsait ayırıb.
SPORTİNFO.AZ