Region klubunda 10 yoluxma – Prezident və baş məşqçi Azərbaycana buraxılmadı

3 Fevral 2022 19:20 Region Liqası 1 145
Region klubunda 10 yoluxma – Prezident və baş məşqçi Azərbaycana buraxılmadı

Xan Lənkəran" Antalya təlim-məşq toplanışını başa vurub.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün axşam saatlarında vətənə qayıdacaq.

Ancaq klub tam heyətlə dönmür. "Xan Lənkəran" təlim-məşq toplanışını bitirdikdən sonra komanda heyətinin bir neçə üzvünün COVID-19 analizinin nəticəsi pozitiv çıxıb.

Ümumilikdə, 10 nəfərdə bu hal qeydə alınıb. Sözügedən şəxslər komandanın vitse-prezidenti Rəhman Abbasov, baş məşqçi İbrahim Uzunca, mətbuat xidmətinin rəhbəri Famil Məmmədov, həkim Elşən Əkbərov, qida sektoruna nəzarətçi Anar Əzimov, futbolçular Orxan Sadıxlı, Kamran Abdullazadə, Cavidan İzzətli, Vadim Kərimov və Vüqar Rəhimovdu.

Bu səbəbdən onlar qonşu ölkədə karantində qalmalıdılar. 30 nəfərlik heyətdən 20 nəfər isə Azərbaycana qayıdır. Virusa yoluxanların vəziyyətinin yaxşı olduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı