
Növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasında olan “Xan Lənkəran” AFFA-nı öz büdcəsi ilə tanış edib.
Region Liqasında debütü uğurlu alınan cənub təmsilçisi peşəkar statuslu yarışda 1 milyon manatadək vəsait xərcləyə bilər.
Yəni ki, bölgə klubu federasiyaya rəsmi bank zəmanəti verməyə hazırdır.
Qış təlim-məşq toplanışını Antalayda keçən “Xan Lənkəran” AFFA-nın digər tələblərini də yerinə yetirməkdədir. Artıq klubun nəzdində aşağı yaş qrupları üzrə komandalar fəaliyyət göstərməyə başlayıb.
SPORTİNFO.AZ