Türkiyənin Antalyada bölgəsində təlim-məşq toplanışında olan "Xan Lənkəran" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportinfo.az xəbər verir ki, Region Liqası təmsilçisi "Türk Kelsterbax"(Almaniya) ilə qarşılaşmada böyük hesabla qalib gəlib - 9:0.
Cənub təmsilçisinin heyətində Zaur Nuruzadə poker edib, Aqşin Paşayev, Röyal Nəcəfov, Nurlan Əmirli, Kamran Abdullazadə və Nurlan Fərəcli isə hərəyə bir qol vurublar.
İbrahim Uzuncanın komandası buna qədər Antalyada üç yoxlama matçı keçirib. Almaniya "Bişhofverde"sini 1:0 hesabı ilə məğlub edən lənkəranlılar bu ölkənin digər təmsilçisi "Türkspor Dortmund"a 1:2 uduzub.
Sonuncu görüşünü Türkiyənin "Diyarbekirspor" klubuna qarşı keçirən "Xan Lənkəran" 2:2 hesablı heç-heçəyə razılaşıb. Cənub təmsilçisi vətənə fevralın 4-də dönəcək.

