Lənkəran klubundan daha 4 yeni transfer

30 Yanvar 2022 16:20 Region Liqası 1 918
Lənkəran klubundan daha 4 yeni transfer

Region Liqasında mübarizə aparan "Xan Lənkəran" transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, baş məşqçi postunda İqbal Babayevi İbrahim Uzunca ilə əvəzləyən cənub təmsilçisi 4 yeni futbolçu ilə gücxlənib.

Onlardan qapıçı Cavidan İzzətli "Keşlə"nin, hücumçu Nurlan Fərəcli "Zirə"nin aşağı yaş qruplarında forma geyinib.

I Divizion və hətta Premyer Liqa çıxış etmiş Aqşin Muxtaroğlu bura ön xətti gücləndirmək məqsədilə dəvət olunub.

Lənkəran klubu Quba "Şahdağ"ından Vüqar Rəhimovu da sıralarına qatıb. Həm müdafiədə, həm də yarımmüdafiədə çıxış edən Rəhimov bunadək daha çox futzalda özünü göstərib.

Digər Xəbərlər
Xəbər Lenti