"Xan Lənkəran" bu gün Antalyada üçüncü yoxlama oyununu "Diyarbekirspor"a qarşı keçirəcək.
Sportinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Region Liqası klubu dünən Almaniyadan "Türkspor Dortmund" ilə qarşılaşıb.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xan Lənkəran"ın heyətində Kazım Kazımlı fərqlənib.
"Xan Lənkəran" ilk yoxlama matçında Almaniyadan "Bişhofverde"ni 1:0 hesabı ilə məğlub edib.

