AFFA yeni yaranan kluba "yaşıl işıq" yandırdı

29 Yanvar 2022 21:20 Region Liqası 2 050
AFFA yeni yaranan kluba "yaşıl işıq" yandırdı

İki il öncə fəaliyyətə başlayan «Qusar» növbəti mövsümə I Divizionda başlaya bilər.

Klub təmsilçiləri bu məqsədlə AFFA rəhbərliyi ilə görüşüb.

Toplantıda «Qusar»ın gələcək perspektivi müzakirə olunub, görüləcək işlərdən danışılıb. Bildirilib ki, Region Liqasının Paytaxt-Şimal zonasında mübarizə aparan kollektivin çıxışı birbaşa icraçı vitse-prezident Elxan Məmmədovun diqqət mərkəzindədir.

Görüşdə o da qeyd olunub ki, AFFA klubun fəaliyyətini dəstəkləyir və zərurət yaranarsa, maddi-mənəvi dəstəyini bundan sonra da əsirgəməyəcək.

«Qusar» rəsmiləri müxtəlif sponsorlarla danışıqlar apardıqlarını, maliyyə dayaqlarını gücləndirmək üçün müxtəlif layihələr üzərində işlədiklərini söyləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO