"Xan Lənkəran"dan SÜRPRİZ QƏRAR – Heç Premyer Liqa klubları bunu edəı bilmir

24 Yanvar 2022 16:40 Region Liqası 2 144
"Xan Lənkəran"dan SÜRPRİZ QƏRAR – Heç Premyer Liqa klubları bunu edəı bilmir

"Xan Lənkəran" Türkiyə səfərinə yollanır.

Sportinfo.az xəbər verir ki, Region Liqasında yaranmış fasilədən istifadə edən komanda hazırlığının ikinci mərhələsini qardaş ölkədə keçirəcək.

Təlim-məşq toplanışı 26 yanvar - 4 fevral tarixlərində Antalya şəhərində olacaq.

Baş məşqçi postunda İqbal Babayevi İbrahim Uzunca ilə əvəzləyən cənub təmsilçisi toplanış müddətində 2 yoldaşlıq oyununa çıxacaq.

Həvəskar klubun bu addımı, doğrudan da, çox maraqlı və başqalarına örnəkdir.

Nəinki I Divizion, hətta Premyer Liqanın bəzi təmsilçiləri Bakıdan kənarda toplanış keçməyə maliyyə tapmadığı halda, “Xan Lənkəran”ın Türkiyəyə üz tutması sevindiricidir.

Bu, yeni yaranan klubun peşəkarlaşmaq və böyük futbol səhnəsində təmsil olunmaq iddiasından xəbər verir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!