Bölgə klubunda baş məşqçi ayrılığı: “Mənim yerimə kim olsaydı, bu qədər gözləməzdi”

24 Yanvar 2022 17:00 Region Liqası 1 288
Bölgə klubunda baş məşqçi ayrılığı: “Mənim yerimə kim olsaydı, bu qədər gözləməzdi”

Region Liqasında mübarizə aparan Quba "Şahdağ"ında gözlənilən istefa reallaşıb.

Komandanın baş məşqçisi Qəzənfər Abbasov tutduğu postdan istefa verib.

Gənc mütəxəssis Sportinfo.a açıqlamasında ayrılıq qərarına belə aydınlıq gətirib:

"Rəhbərliyin tək mənə yox, bütün komandaya borcu var. Son 2-3 ayın ödənişi qalır. Söz verilib ki, qalan borc ödəniləcək. Biz də gözləyirik.

Amma komanda ilə davam etməyə dəyməzdi. Mən çox gözlədim. Əslində heç bu qədər gözləməli deyildim.

Mənim yerimə kim olsa, bu qədər gözləməzdi. Sadəcə, şans verdim ki, bəlkə komandaya kimsə dəstək olar və ya haradansa maliyyə tapılar. Amma bu olmadı. Allah canların sağ eləsin.

Bəlkə də hazırkı şərtlərlə hansısa məşqçi və ya futbolçularla davam edə biləcəklər. Amma belə vəziyyətdə mən işləyə bilmərəm.

Mənim futbolçularım əziyyət çəkirlər, pulsuz oynamağa layiq deyillər. 2-3 ildi mənimlə işləyirlər.

Durumlarından hər zaman razı olmuşam. Ayrılmağımla həm də onlara mesaj vermiş oldum ki, hara istəsələr gedə bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti