Azərbaycanda yeni yaranan klub baş məşqçini istefaya göndərdi

18 Yanvar 2022 14:40 Region Liqası 1 588
Azərbaycanda yeni yaranan klub baş məşqçini istefaya göndərdi

Region Liqasında mabarizə aparan "Xan Lənkəran"da gözlənilməz hadisə yaşanıb.

Baş məşqçi İqbal Babayev və onun köməkçisi Cəfər Mirzəyev istefaya göndərilib.

Maraqlıdır, çempionatda fasilə yarandığı halda, bu istefalara nə səbəb ola bilər? Axı komanda ilk dövrəni lider kimi başa vurub. “Xan Lənkəran” 13 xalla Cənub zonasında birincidir.

Klub rəhbərliyini belə qərar verməyin doğruluğuna inandıran hadisə “Turan Tovuz”la yoxlama matçında qeydə alınan nəticədir.

Belə ki, Region Liqasının iştirakçısı I Divizion təmsilçisi ilə yoldaşlıq görüşünə 0:1 hesablı məğlubiyyətə uğrayıb.

Bu, yeni yaranan “Xəzər Lənkəran”ın ilk yenilgisi kimi tarixə düşüb ki, idarəçilər də həvəskar statuslu addım atmağı lazım bilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti