"Şükür Allaha, bu istəyimiz, arzumuz baş tutdu" - Cavid Hüseynov

16 Yanvar 2022 17:00 Region Liqası 1 360
"Şükür Allaha, bu istəyimiz, arzumuz baş tutdu"  - Cavid Hüseynov

Ötən yaya yaradılan və Region Liqasında uğurlu çıxışla yadda qalan "Cəbrayıl"ın təlim-məşq toplanışı keçmək niyyətinə olmasını xəbər vermişdik.

Bir həvəskar klubun işə belə ciddi və peşəkar yanması ictimaiyyətdə müsbət qarşılanmışdı.

Artıq məsələnin üzərindən bir neçə gün keçib. Görəsən, klubun prezidenti Cavid Hüseynov öz istəyinə çata bilibmi?

Sportinfo.az-a açıqlamasında klub rəsmisi sorğumuza cavab olaraq bunları dedi:

"Bəli, artıq bir neçə gündür komandamız təlim-məşq toplanışındadır. Toplanış üçün komandamız "Ruslan-93"də yerləşib. Gündə 2 məşqimiz olur. Belə hazırlıq keçməyi çox istəyirdim. Şükür Allaha bu istəyimiz, arzumuz baş tutdu.

3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Rəqiblərlə də bu yöndə danışıqlarımız yekunlaşıb. "Neftçi"nin U-17 komandası, "Səbail-2" və "Qaradağ Lökbatan"la yoldaşıq oyunu oynamaq barədə razılığa gəlmişik".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti