"Xan Lənkəran" daha iki "Xəzər Lənkəran"lını futbola qaytardı

15 Yanvar 2022 20:20 Region Liqası 2 827
"Xan Lənkəran" daha iki "Xəzər Lənkəran"lını futbola qaytardı

Region Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Xan Lənkəran" heyətini gücləndirib.

Sportinfo.az xəbər verir ki, cənub təmsilçisi Orxan Sadıqlını transfer edib.

Qeyd edək ki, qolkiper "Xəzər Lənkəran", "Keşlə", "Sumqayıt" və "Zirə" kimi iddialı klublarda çıxış edib.

Bundan əlavə, Region Liqasının Cənub Zonasının lideri yarımmüdafiəçi Kazım Kazımlını da sıralarına qatıb.

"Xan Lənkəran" Elşən Rzazadə, Mahsum Qənbərli, Kamran Abdullazadə kimi "Xəzər Lənkəran"ın yetirmələrini transfer etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?