Region Liqasının ən imkanlı klubunun nə qədər büdcəsi var?

12 Yanvar 2022 16:00 Region Liqası 1 600
Region Liqasının ən imkanlı klubunun nə qədər büdcəsi var?

Cari mövsüm Region Liqasında mübarizə aparan komandalar arasında ən imkanlı iştirakçı müəyyənləşib.

Bu, Cənub zonasında qüvvəsini sınayan “Xan Lənkəran”dır.

2021-ci ilin yayında yaradılan klubun büdcəsi 250 min manatdır.

Rusiyada faəliyyət göstərən lənkəranlı iş adamları tərəfindən formalaşdırılan kollektiv hazırda çempionluğa ən real namizəd sayılır. “Xan Lənkəran” ilk dövrədən sonra 13 xalla qrup lideridir.

Region Liqasında debüt mövsümünü keçirən “Xan Lənkəran” AFFA-nı yeni planları ilə tanış edib.

Cənub klubu 2022/23-cü il sezonunu I Divizionda qarşılamağa hazır olduğunu açıqlayıb.

Rusiyada fəaliyyət göstərən iş adamları tərəfindən maliyyələşdirilən bölgə təmsilçisi bunun üçün federasiyaya bank zəmanəti təqdim etməyə hazırdır.

“Xan Lənkəran” peşəkar status daşıyan aşağı liqada mübarizə aparmaq üçün 500 min manat ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu