"Xan Lənkəran" dan mənə hər hansı təklif gəlməyib”

11 Yanvar 15:00 Region Liqası 1 125
"Xan Lənkəran" dan mənə hər hansı təklif gəlməyib”

"Xan Lənkəran" dan mənə hər hansı təklif gəlməyib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran“ın mətbuat xidmətinin sabiq rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Bir neçə il öncə futbol sferasını tərk edən klub nümayəndəsinin tezliklə “Xan Lənkəran”da fəaliyyətə başlayacağına dair xəbərlər ortalığa çıxıb.

Sosial şəbəkələrdə yayılan informasiyalarda iddia olunur ki, o, Region Liqasında mübarizə aparmağa başlayan klubun rəhbərliyində yer alacaq.

Tanınmış funksionerin buna reaksiyası ilə sizi tanış edirik:

“Mənim təklif gəlsə, “gedərəm” düşüncəm yoxdur. Hazırda onların media sahəsində çalışan gəncləri gözəl işlər görürlər.

Elə oyunlardan canlı yayım vermələri alqışalayiqdir. Hansı ki, deyilənə görə, Premyer Liqa klublarının toplanışından bunu edən yoxdur.

Düzdür, keyfiyyət, normal yayım başqa anlayışdır, amma bunu da öyrənərlər və edərlər. Qısası, onlara uğurlar arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti