"Belə olarsa, zədələnmək ehtimalı azalacaq" - "Qəbələ"nin əcnəbisi

3 May 2020 21:40 Qəbələ 688
"Belə olarsa, zədələnmək ehtimalı azalacaq" -

"Çempionatın və məşqlərin başlaması hələ dəqiq deyil. Buna görə nəsə deyə bilmərəm. Amma çempionat başlayacaqsa, formaya düşmək üçün ən azı 2-3 həftə məşq etməyə vaxt lazımdır"

Bu sözləri Sportinfo.az-a açıqlamsında "Qəbələ"nin xorvatiyalı müdafiəçisi İvitsa Juniç deyib.

Əcnəbi futbolçu FİFA-nın əvəzetmə sayını 3-dən 5-ə qaldırmaq təklifinə də münasibət bildirib: "Məncə, hazırkı vəziyyətdə ən yaxşı olanı etməyə çalışacaqlar. Yəqin ki, oyunların 3-4 gündən bir keçirilməsini nəzərə alıb bunu edəcəklər. Belə olarsa, zədələnmək ehtimalı da azalmış olacaq".

Digər Xəbərlər
Xəbər Lenti