
"Hər gün bizim üçün daha da çətinləşir"
Bunu Sportinfo.az-a açıqlamasın "Qəbələ"nin hücumçusu Nikola Raysel deyib.
Fransalı legioner tək qaldığını və belə vəziyyətdə motivasiya olunmağın çətinliyini dilə gətirib: "Mən bilmirəm necə olacaq. Biz çölə çıxa bilmirik. Meydança üçün hamı darıxıb. Xüsusi ilə də biz əcnəbilər.
Çünki ailəmizdən uzaqdayıq. Mən özüm burda tək qalıram. Motivasiya olmaq çətindir mənə. Üzüləcək bir şey yoxdur. Gələcəkdə nə olacağını gözləməliyik"