Niasse Küveyt klubu ilə müqavilə bağlayacaq! - AÇIQLAMA

18 Yanvar 2020 15:45 Qəbələ 802
Niasse Küveyt klubu ilə müqavilə bağlayacaq! - AÇIQLAMA

"Niassenin Küveytdən çox ciddi bir təklifi var. Bizə bu barədə məlumat verib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin meneceri Zaur Əzizov deyib.

Qışda "qırmızı qaralar"la müqaviləsi başa çatan İbrahima Niasse yeni sözləşmə ilə bağlı təklifə "hə" desə də, sonradan fikrini dəyişib. Klub rəsmisinin sözlərinə görə, buna səbəb ona Küveyt klublarının birindən gələn sərfəli təklif olub:

"Bundan əvvəl Yunanıstandan təklif almışdı. Müqavilə şərtləri bizimkindən 2 dəfə yaxşı olmasına baxmayaraq, "Qəbələ"yə qayıdacağını bildirmişdi. Ancaq elə oldu ki, Küveytdən çox sərfəli təklif aldı. Həmin klubla müqavilə bağlamağı düşünür. Hələ ki, məsələ buna doğru gedir. Amma yenə də əlaqə saxlayırıq".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"