“Qəbələ“nin növbəti satışdan payı - 20 faiz

12 Yanvar 2020 12:16 Qəbələ 1 321
“Qəbələ“nin növbəti satışdan payı - 20 faiz

Dünən xəbər verdiyimiz kimi, Azərbaycan U-21 yığmasının üzvü Fərid Nəbiyev “Slaviya”dan (Praqa) ayrılıb. 21 yaşlı yarımmüdafiəçi Çexiyanın digər klubuna - “Viktoriya”ya (Jijkov) üz tutub.

Fərid Jijkov təmsilçisi ilə 2,5 illik müqaviləyə imza atıb.. O, “Budeyoviçe” ilə yoxlama matçının iştirakçısı olub. Komandasının 7:1 hesabıyla qalib gəldiyi qarşılaşmada 32 dəqiqə meydanda olan Nəbiyev het-trikə imza atıb.

Fərid “Slaviya”da 2018-ci ildən çıxış edirdi. O, bu komandanın əvəzedici komandasının üzvü idi. Futbolçumuz “Viktoriya”da əsas komandada çıxış edəcək.

Bu isə onun Çexiyanın gücünə görə ikinci liqasında mübarizə aparmasına şərait yaradacaq. Jijkov klubu hazırda 2-ci divizionda 16 turdan sonra 26 xalla 16 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Sportinfo.az-ın məlumatına görə, “Slaviya“ ilə “Viktoriya“ arasında bağlanmış müqavilədə “Qəbələ“əyə aid xüsusi bənd yer alıb.

Belə ki, Azərbaycan klubu yetirməsinin növbəti satışından pay götürəcək. Nəbiyev “Viktoriya“dan hansı komandaya gedəcəksə, “qırmızı-qaralar“a həmin transfer haqqının 20 faizi ödəniləcək. “Slaviya“ da bir bu qədər qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti