“Qəbələ” son çempionla yoxlama oyunu keçirəcək

10 Yanvar 2020 01:52 Qəbələ 1 392
“Qəbələ” son çempionla yoxlama oyunu keçirəcək

“Qəbələ” mövsümün ikinci yarısına hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir.

Gündə bir dəfə məşq edən komanda hazırlığını Bakı Olimpiya Stadionunda keçirir. “Qəbələ” yanvarın 10-da yoxlama oyununda qüvvəsini sınayacaq.

Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. Ötən mövsümün qalibi olan 1-ci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti