"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirdi - FOTO

7 Yanvar 2020 16:00 Qəbələ 2 113
"Qəbələ" qış fasiləsində ilk transferini gerçəkləşdirdi - FOTO

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini rəsmiləşdirib. Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb.

23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya geri dönüb.

2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə klubumuzun əsas komandasında 2 oyun keçirib.

На изображении может находиться: 1 человек

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti