"Qəbələ"nin prioriteti: Ucuz olsun, əcnəbi olsun

5 Yanvar 2020 15:02 Qəbələ 1 635
"Qəbələ"nin prioriteti: Ucuz olsun, əcnəbi olsun

"Aminə təkliflər var. Amma klubun istədiyi məbləğ olmasa, yaya kimi komandada saxlamağı düşünürük".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin meneceri Zaur Əzizov deyib. Komandanın aparıcı üzvlərindən Amin Seydiyevə görə yerli klublardan təklif olduğunu gizlətməyən Əzizov əsas məqsədlərinin istedadlı futbolçunu ölkə xaricinə satmaq olduğunu bildirib:

"Rəsmi olmasa da, şifahi olaraq təklif olunan məbləğ Azərbaycan reallığı üçün kifayət qədər yüksəkdir. Amma biz daha yaxşısını fikirləşirik. Digər tərəfdən, az məbləğə yalnız xarici klublardan birinə satmağı düşünürük. Çünki prioritetimiz baha qiymətə yerli kluba satmaqdansa, daha aşağı məbləğə xaricə satmaqdır. Ancaq hələ ki, əcnəbi klublardan təklif yoxdur".

Klub rəsmisi qış fasiləsində "Qəbələ"ni "Zirə"yə dəyişən Davit Volkova əvəzləyici axtardıqlarını söyləyib: "Əlimizdə olan legionerlər hələ ki, komandadadır. Mövsümün sonuna kimi qalacaqlar. Yeni transferlər ola bilər. Bunun üzərində iş gedir. Hələ ki, yekun qərar yoxdur. Amma yəqin ki, olacaq. Hazırda əsas axtarış Volkovun mövqeyinə oyunçu tapmaq yönündədir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"