"Niasseyə yunan klublarından ciddi təkliflər var" - "Qəbələ" rəsmisi

5 Yanvar 2020 16:23 Qəbələ 983
"Niasseyə yunan klublarından ciddi təkliflər var" -

"Niasse ilə mövsümün sonuna kimi ilkin razılaşmamız var idi. Amma müqavilə şərtlərdə belə bir bənd də yer alırdı ki, qış fasiləsində müəyyən tələblər yerinə yetirilsə, müddət yaya qədər uzadıla bilər".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin meneceri Zaur Əzizov deyib. Məlum olduğu kimi, əyalət təmsilçisi ilə müqaviləsi başa çatan İbrahima Niasse bir çox klubun diqqət mərkəzindədir. Seneqallı yarımmüdafiəçi ilə həm yerli, həm də əcnəbi komandalar yaxından maraqlanır:

"Yaxın günlərdə məsələ yekunlaşacaq. Niasseyə yunan klublarından ciddi təkliflər gəlir. Lakin futbolçu bizim komandada qalmaq istəyir. Yerli klublardan da maraqlananlar olub. Bayaq da dediyim kimi, "Qəbələ"ni çoxdan tanıdığı üçün burada oynamağı fikirləşir".

Əzizov 31 yaşlı futbolçunun "Qəbələ"də qalmaq üçün elə ciddi tələb irəli sürmədiyini bildirib: "Niassenin müqaviləsində elə də yüksək şərtlər yoxdur ki, onu qarşılaya bilməyək. Komandamızda o qədər də böyük məbləğə oynamır. Ona görə də tələblərini qarşılamaq elə də çətin deyil".

Digər Xəbərlər
Xəbər Lenti