“Qəbələ” BOS-da başladı

5 Yanvar 2020 12:19 Qəbələ 629
“Qəbələ” BOS-da başladı

“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçiblər. Günün ikinci yarısına təsadüf edən məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında baş tutub.

Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. “Qırmızı-qaralar” məşqlərini sabah davam etdirəcək. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşəcək

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!