"Qəbələ"nin səbrsizliklə yolunu gözlədiyi 2 sponsor

26 Dekabr 2019 21:15 Qəbələ 1 484
"Qəbələ"nin səbrsizliklə yolunu gözlədiyi 2 sponsor

"Gilan Holdinq"in "Qəbələ"nin təsisçisi kimi qalacağı ötən həftə dəqiqləşdi.

Klubun AFFA ilə apardığı.danışıqlar uğursuz nəticələnincə, sözügedən şirkət öz missiyasına qaldığı yerdən davam etmək qərarı verdi. Beləcə, "Jalə" ölkə kubokunun son sahibi ilə 1,5 illik sponsorluq müqaviləsi bağladı.

Sportinfo.az-ın məlumatına görə, "qırmızı-qaralar"a maliyyə dəstəyi ayıran şirkətlərin siyahısına daha 2 yeni adın qoşulması gözlənilir. Onlardan biri yerli brenddisə, digəri ölkə xaricində fəaliyyət göstərən Azərbaycan firmasıdır.

Redaksiyamıza daxil olan informasiyaya görə, klubun fəxri prezidenti Tale Heydərov bu işlərə şəxsən özü nəzarət edir. Londonda yaşayan iş adamı biznes dünyası ilə yaxın münasibətlərindən "Qəbələ"nin lehinə yararlanmağa çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!