“Sumqayıt” elə bir iş üçün pul tapmır ki…

26 Dekabr 2019 17:39 Qəbələ 915
“Sumqayıt” elə bir iş üçün pul tapmır ki…

Ölkə kubokunda yarımfinala yüksələn “Sumqayıt” yanvarı 12-26-sı aralığında Antalyada toplanış keçirməyi və 4 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Sportinfo.az-ın məlumatına görə, “kimyaçılar“ Türkiyə səfəri öncəsi ciddi problemlə üzləşib.

Belə ki, “gənclik şəhəri“ təmsilçisi Antalyada qalacağı oteli hələ də müəyyənləşdirə bilməyib. Sumqayıtlılar ucuz məkan axtarışına çıxıb, lakin onların şərtləri yerli mehmanxanalar tərəfindən qəbul edilməyib.

“Azərikimya“ bu məsələdə də klub rəhbərliyinin işini çətinləşdirib. Baş sponsor üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, vaxtında etmir. Odur ki, noyabrdan bəri “Sumqayıt“da problemlər çoxalmağa başlayıb.

Artıq dekabrın son günlərini yaşayırıq, ötən ayın maaş cədvəli hələ bağlanmayıb. İki oyunun mükafatı da qalıb. Riad Rəfiyev bununla əlaqədar bir neçə dəfə “Azərikimya“ya müraciət edib, lakin klub prezidentinin sözünü ciddiyə alan olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"