Pulunu artırdılar, “Qəbələ”də qaldı

23 Dekabr 2019 18:02 Qəbələ 1 109
Pulunu artırdılar, “Qəbələ”də qaldı

“Qəbələ” İviça Zuniçlə müqavilənin müddətini uzadacaq. Sporttinfo.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər əyalət təmsilçisinin formasını geyinəcək.

Tərəflər bu ilin yayında 1 illik anlaşsalar da, müqavilədə qış fasiləsində ona xitam verməklə bağlı xüsusi bənd var idi. Artıq bu məsələ həllini tapıb. “Qırmızı-qaralar“dan 3000 dollar məvacib alan xorvatiyalıya əvvəlkindən bir qədər artıq maaş ödəniləcək.

Qış fasiləsində sözləşməsinin müddəti baş çatan gürcüstanlı forvard Davit Volkov “Qəbələ”ni tərk edərək “Zirə”yə keçib. Həmçinin gürcüstanlı yarımmüdafiəçi Merab Giqauri və Kot dİvuardan olan hücumçu Kristian Kuakunun da komandadan ayrılma ehtimalı var.

Digər Xəbərlər
Xəbər Lenti