Gürcü futbolçu "Qəbələ"ni tərk etdi! - RAZILAŞMADI

21 Dekabr 2019 14:07 Qəbələ 1 309
Gürcü futbolçu "Qəbələ"ni tərk etdi! - RAZILAŞMADI

"Qəbələ" hücumçusu Davit Volkov komandadan ayrılır. Gürcüstanlı futbolçu əyalət təmsilçisinin yeni müqavilə təklifini qəbul etməyib.

Bu barədə Sportinfo.az-a açıqlamasında klubun meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, yeni sözləşmənin şərtləri futbolçunu razı salmayıb:

"Biz Volkova öz fikrimizi bildirdik, ancaq futbolçu razılaşmadı. Təklif etdiyimiz məbləği artırmaq imkanımız yoxdur. Bundan sonrası Volkovun özündən asılıdır".

Qeyd edək ki, Volkov 2019-cu ilin qışında "Qəbələ"yə keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti