"Qəbələ"dən legionerlərə yeni müqavilə təklifi

21 Dekabr 2019 16:32 Qəbələ 1 627
"Qəbələ"dən legionerlərə yeni müqavilə təklifi

Sponsor məsələsi həll olunan "Qəbələ" hazırkı heyəti qorumağa çalışır.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi son vaxtlar adları müxtəlif klublarla hallanan əcnəbi futbolçularını buraxmaq istəmir. "Qırmızı-qaralar" 6 legionerdən 5-nə - Davit Volkov, Merab Qiqauri, Klesio Bauk, İvitsa Zuniç və Fernan Lopesə 1 illik yeni müqavilə təklif edib.

Adıçəkilən oyunçulardan yalnız Volkov yeni təklifə "yox" deyib. Gürcü futbolçunun müqaviləsi dekabrın 31-də başa çatır. Digər futbolçuların sözləşmələri isə gələn ilin yayına qədərdir.

Mövsümün əvvəlində heyətə cəlb olunan Kritian Kuakunun da "Qəbələ" ilə 6 aylıq müqaviləsi qalsa da, bölgə klubu lazımsız legionerdən qış fasiləsində canını qurtarmağa çalışır.

Oktyabrın sonuncu günündə transfer olunan İbrahima Niassenin yaya qədər kontraktı olduğundan, onun məsələsinə mövsümün sonunda baxılacaq.

Digər Xəbərlər
Xəbər Lenti