"Bəhlula yox, özümüzə görə sevinirəm" - ELMAR BAXŞIYEV

19 Dekabr 2019 20:18 Qəbələ 1 588
"Bəhlula yox, özümüzə görə sevinirəm" - ELMAR BAXŞIYEV

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sabah"la cavab oyunundan sonra mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb.

İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə hazırlaşdırmışdıq. İlk oyundakı qələbəni unudub, sırf bu matça kökləndik.

- Premyer Liqada fasilənin olmasına üzülmürsüz? Komanda yenicə forma yığmağa başlamışdı.
- Xeyr. Təəssüflənməyə dəyməz. Vaxtımız olacaq, əsas odur ki, komanda istədiyimizi edir.

- Konkret neçə futbolçu transferi gözlənilir və gedənlər olacaqmı?
- Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. 2 mövqeyi gücləndirmək istəyərdik.

- Baş məşqçi kimi debütünüz uğurlu oldu…
- Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidir. Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi.

- Bəhlul Mustafazadənin qol vurmasına sevindiz?
- Bəhlula yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”