"Qəbələ" yenə yaşayacaq! - 1,5 illik sözləşməyə əsasən

19 Dekabr 2019 14:58 Qəbələ 1 599
"Qəbələ" yenə yaşayacaq! - 1,5 illik sözləşməyə əsasən

"Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Deyilənlərdə də müəyyən həqiqətlər vardı. Klubun təsisçisi "Gilan Holdinq"dir.

Bizə şifahi şəkildə büdcə azaldılacaq. Ona görə də sponsor axtarırdıq və hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov əyalət təmsilçisinin yeni sponsoru "Jalə" Şirələri ilə əməkdaşlıq müqaviləsi imzaladıqları mərasimdə deyib.

Klub rəhbərinin sözlərinə görə, əlavə sponsorların cəlb edilməsi üçün axtarışlar davam edir: "Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu.

Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi ver. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq".

Nəcəfov AFFA-dan da maliyyə dəstəyi gözlədiklərini vurğulayıb: "Klublar Komitəsi və İcraiyyə AFFA tərəfindən klublara ayrılan maliyyə vəsaiti müəyyən meyarlar əsasında olmalıdır. Başqa ölkələrdə də bu təcrübə var. AFFA tərəfindən vəsait hansısa meyarlara görə klublar arasında bölünərsə, biz də həmin siyahıda olmaq istərdik. Açığı, belə bir dəstəyi gözləyirik. İstəyir Müşahidə Şurası olsun, istərsə də prezident strukturu olsun - klublar müstəqil olmalıdır, AFFA-dan pul almamalıdırlar. Elxan Məmmədovun da dediyi kimi iş adamları cəlb edilməlidi. Onlara da sponsorluğa görə müəyyən güzəştlər edilməlidir".

1,5 illik sözləşməyə əsasən, "Jalə" brendi əsas komandanın oyun formasında əksini tapacaq. Klub prezidenti "Gilan Holdinq"in "Qəbələ"nin təsisçisi kimi qalacağını vurğulayıb.

"Jalə"nin Marketin direktoru Amid Səfərov əməkdaşlıqdan məmnun olduqları bildirib. O, hər iki brendin Azərbaycanı layiqincə təmsil edəcəyinə inandığını bildirib.



Digər Xəbərlər
Xəbər Lenti