AFFA "Qəbələ"yə maddi köməkdən imtina etdi: "Növbəti sponsorlarla danışıqlar gedir”

19 Dekabr 2019 14:44 Qəbələ 1 144
AFFA "Qəbələ"yə maddi köməkdən imtina etdi: "Növbəti sponsorlarla danışıqlar gedir”

“Qəbələ”nin gələcək taleyi ilə bağlı mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, klub “Jalə” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Klubun prezidenti Fariz Nəcəfov bu barədə danışıb: “Klubun ətrafında büdcə ilə bağlı məlumatlar dolaşırdı, müzakirə olunurdu. Müəyyən mənada bu məlumatlarda həqiqət var idi.

“Gilan” klubumuzun təsisçisi və əsas sponsoru idi. Büdcə ilə bağlı rəsmi olmasa da, şifahi şəkildə maliyyənin azalacağı bildirilmişdi. Klubun dağılacağı deyilirdi. Marketinq baxımından işlər görürük. Başqa şirkətlərlə də davam edirdik”.

Fariz Nəcəfov AFFA ilə də danışıqlar aparıldığını qeyd edib: “Elxan Məmmədovla müzakirə etmişik. Müraciətimizin əsas məqsədi büdcə ilə bağlı idi.

Federasiya bizə heç bir yardım göstərə bilməyəcəyini söylədi. İcraiyyə Komitəsində məsələnin necə müzakirə olunduğunu bilmirik. Sadəcə, bizə bildirdilər ki, yardım edə bilmirik.

Sponsor axtarışlarımız bəhrə verdi. “Qəbələ”nin dağılması Azərbaycan futboluna zərbə ola bilərdi. Növbəti sponsorlarla danışıqlar gedir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”