"Qəbələ"nin yeni sponsorunun adı məlum oldu

19 Dekabr 2019 14:01 Qəbələ 680
"Qəbələ"nin yeni sponsorunun adı məlum oldu

"Qəbələ" İdman Klubunun yeni sponsoru müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bundan sonra əyalət təmsilçisini "Jalə" Şirələri maliyyələşdirəcək.

Daha öncə klubu əsas sponsoru "Gilan Holdinq" idi.

"Qəbələ" İdman Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub.

2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb.

2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” İK adı ilə dəyişdirilib.

Digər Xəbərlər
Xəbər Lenti