“Qəbələ”də yüzminlər qazanırdı, indi isə… ŞOK RƏQƏM!

19 Dekabr 2019 13:20 Qəbələ 1 671
“Qəbələ”də yüzminlər qazanırdı, indi isə… ŞOK RƏQƏM!

“Qəbələ” yaxınlarda heyətini yeni legionerlə gücləndirdi. “Qırmızı-qaralar” İbrahima Niasseni yenidən heyətinə qatdı. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalandı.

O, 2013/14 mövsümündə “Qəbələ”nin heyətində Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olub. Seneqallı bunadək İsveçrədə “Ksamaks” (2008-11), Azərbaycanda “İnter”in (2012-14) şərəfini qoruyub.

“Qəbələ”dən ayrıldıqdan sonra Niasse Rusiyada "Mordoviya" (2014-15), Rumıniyada “Konkordiya” (2016), Hindistanda “Odişa” (2016), Yunanıstanda “Levadiakos” (2017-18), Mərakeşdə “Raca Kasablanka” (2018) klublarının formasını geyinib. İbrahima “Qəbələ”də 35 oyun keçirib, 1 qol vurub. O, çempionatda 29 (1 qol), kubokda 6 matçda iştirak edib.

Sportinfo.az-ın məlumatına görə, afrikalı Azərbaycana budəfəki dönüşündə aşağı məbləğə razılaşıb. Onun məvacibi cəmi 5000 dollar təşkil edir.

Vaxtilə ölkəmizdə "İnter"in də formasını geyinmiş legioner xeyli müddətdir klbusuz qaldığı üçün aşağı məbləğə razılaşıb. Halbuki ilk dönəmdə “Qəbələ”də illik qazancı 200 min dollardan artıq idi.

Digər Xəbərlər
Xəbər Lenti