AFFA indidən "Qəbələ"ni incitməyə başladı - YENİ PROBLEM

18 Dekabr 2019 21:15 Qəbələ 1 427
AFFA indidən "Qəbələ"ni incitməyə başladı - YENİ PROBLEM

Maliyyə problemləri ilə üzləşən "Qəbələ" ilə AFFA arasında növbəti dəfə fikir ayrılığı yaranıb.

Sportinfo.az-ın məlumatına görə, bu, federasiyanın gələn ilin yanvarında kluba maddi dəstək vermək istəməsiylə əlaqədardır.

AFFA İcraiyyə Komitəsinin son iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də "Qəbələ"nin taleyi olub. Qurum bununla bağlı qərarını açıqlayıb.

Qərara alınıb ki, “Qəbələ”nin sponsorları klubu maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə, lisenziyalaşdırma qaydalarına uyğun olaraq klubun təqdim etdiyi bank zəmanəti aktivləşdirilsin və məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılsın.

AFFA Premyer Liqa təmsilçiləri üçün bank zəmanəti olaraq 500 min manat müəyyənləşdirib. "Qəbələ"yə həmin zəmanəti "AF Bank" verib. "Gilan Holdinq"in tapşırığı ilə.

Adıçəkilən şirkətin yanvarın 1-dən etibarən kluba sponsorluqdan rəsmən imtina etməsi gözlənilir. Mövsümün əvvəlində ayrılan 1,2 milyon manatlıq büdcə xərclənib qutarmaq üzrə olduğundan, "Qəbələ" istəyir ki, AFFA onlara əlavə "yardim paketi" ayırsın.

Federasiya öncə buna razılıq versə də, bugünlərdə fikrini dəyişib. AFFA indi belə qərara gəlib ki, əyalət təmsilçisi sezonu həmin 500 min manatla başa vura bilər.

Təbii ki, bu da qarşı tərəfdə haqlı narahatlıq yaradıb. "Qırımızı-qaralar" AFFA-nın pul ödəmədən öz adamını - Elxan Səmədovu klubun rəhbərliyinə gətirmək planına qarşı çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti