"Qəbələ" ayda 10 min verdiyi legioneri yola salır

15 Dekabr 2019 16:24 Qəbələ 1 776
"Qəbələ" ayda 10 min verdiyi legioneri yola salır

Qış fasiləsində "Qəbələ"ni tərk edəcək ilk futbolçu müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi Kristian Kuaku ilə yollarını ayıracaq. Mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan kot-d`İvuarlı forvard geridə qalan müddətdə çox nadir hallarda meydana çıxıb. Afrikalı hücumçu ümidləri doğrultmadığından yola salınacaq.

Ayağında xroniki zədəsi və psixoloji problemləri olan 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanmışdı. Onun "Qəbələ"dəki aylıq məvacibi isə 10 min dollardır.

Digər Xəbərlər
Xəbər Lenti